Dünyanın ən yaşlı peşəkar futbolçusu klubu ilə müqaviləni uzadıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Dünyanın ən yaşlı peşəkar futbolçusu Kazuyoşi Miura futbolçu karyerasını sonlandırmaq istəmir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın "Yakohama" klubunda oynayan 52 yaşlı oyunçu klubu ilə müqaviləni daha bir il uzadıb.

Yaponiya yığmasının sabiq üzvü karyerasında 34-cü mövsümünü keçirəcək.

Qeyd edək ki, Kazuyoşi Miura ən yaşlı futbolçu kimi tarixə düşüb. "Yakohama" Yaponiyanın II liqasında çıxış edir.