Səfir: "İtaliya ATƏT-in Minsk qrupunun fəaliyyətini yaxından izləyir"

"ATƏT-ə sədrlik edən ölkə kimi İtaliya dialoqun daha yüksək səviyyədə aparılacağına və hiss olunacaq nəticələr gətirəcəyinə ümid edir"

Bakı. 16 fevral. REPORT.AZ/ "İtaliya ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini yaxından izləyir".

"Report" xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

Səfir xatırladıb ki, İtaliya 1992-ci ildə Azərbaycanla münasibətlər quran ilk ölkələrdən biri olub və Minsk qrupu çərçivəsində vasitəçilik fəaliyyəti üçün mandat əldə edib.

"Siyasi dialoq,- (Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə - red.) o cümlədən Cenevrədə prezidentlər səviyyəsində davam edir. Müsbət nəticələr əldə olunub. ATƏT-ə sədrlik edən ölkə kimi İtaliya dialoqun daha yüksək səviyyədə aparılacağına və hiss olunacaq nəticələr gətirəcəyinə ümid edir", - diplomat qeyd edib.