Ermənistanda qızıl mədəni və tikiş fabrikinin işçiləri tətil edərək aksiyalara qoşulublar

Yerevanda və başqa şəhərlərdə etiraz aksiyası davam edir

Yerevanda və başqa şəhərlərdə etiraz aksiyası davam edir

Bakı. 2 may. REPORT.AZ/ Ermənistanda Amusara qızıl mədənində tikinti işləri aparan fəhlələr tətil elan edərək aksiya iştirakçılarına qoşulublar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı “Erməni Ekoloji Cəbhəsi” yayıb.

Onların Yerevana doğru getdikləri bildirilir.

Eyni zamanda Lori vilayətinin Vanadzor şəhərində də “Qloriya” tikiş fabrikinin 3 min işçisi etiraz aksiyasına qoşulub. Onlar Lori vilayətindən deputat seçilmiş Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının başçısı Vaqram Baqdasaryanın istefasını tələb ediblər: “Vaqram çıx get!” 

Qeyd edək ki, Yerevanda və başqa şəhərlərdə etiraz aksiyası davam edir. İrana gedən Yerevan-Yexiqnadzor avtomobil yolu bağlanıb. Avtomobillə Gürcüstandan Ermənistan ərazisinə daxil olmaq mümkün deyil.