Azad Rəhimov: "Azərbaycan Qran-prisinə hazırlıq prosesində heç bir problem və ləngimə yoxdur"

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet satışları davam edir. Ən çox bileti Rusiya, İngiltərə, Monako, Hollandiya və Türkiyə vətəndaşları alıb".

Bunu "Report"un sualına cavab olaraq, gənclər və idman naziri Azad Rəhimov deyib. 

Nazir bildirib ki, yarışların keçirilməsində heç bir məhdudiyyət yoxdur: "Demək olar ki, "Formula 1"ə 99 faiz hazırıq. Heç bir problem və ləngimə yoxdur. Azərbaycan Qran-prisi əvvəlki 3 ildə hansı səviyyədə keçirilirdisə, bu il də hazırlıq eyni səviyyədə davam edir. Çox istərdik ki, Qran-pri 2017-ci ildəki kimi bu il də maraqlı alınsın".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.