Azərbaycanda “Ana günü”nün təsis edilməsi təklif olunur

Bakı. 15 may. REPORT.AZ/ Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında deputat Ağacan Abiyev Azərbaycanda “Ana günü”nün təsis olunmasını təklif edib.

“Report”un xəbərinə görə, deputat vurğulayıb ki, hər şey anaya olan hörmətdən başlayır, ona görə də belə bir gün təsis edilməlidir.

Komitə sədri Aqiyə Naxçıvanlı isə deyib ki, ziyalı ailələrdə belə günlər qeyd olunur: “Uşaqlar harada olursa, olsun, xüsusi günlərdə valideynlərin başına toplaşırlar. Bu ənənə var. “Ana günü”nün təsis edilməsi təklifi də maraqlıdır”.