“Liverpul” İsko ilə maraqlanır

İngiltərənin “Liverpul” klubu “Real Madrid” klubunun yarımmüdafiəçisi İsko ilə maraqlanır.

“Report” un məlumatına görə, bu barədə “Calciomercarto.com” saytı xəbər yayıb.

27 yaşlı ispaniyalı futbolçu ilə “Yuventus”la birgə İngiltərə Premyer Liqasının bir neçə klubu da maraqlanır.

İsko “Real Madrid” klubunda 2013-cü ildən çıxış edir. Klubla müqavilə 30 iyun 2022-ci ilə qədərdir. 

Futbolçunun transfer qiyməti 50 milyon avrodur.