İslamiada: Azərbaycan boksçusu 1/4 finalda uduzaraq, mübarizəni dayandırıb

Görüş iranlı boksçunun qələbəsi ilə yekunlaşıb

Görüş iranlı boksçunun qələbəsi ilə yekunlaşıb

Bakı. 15 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanı təmsil edən boksçu Rüfət Hüseynov 1/4 final görüşünə çıxıb. "Report"un məlumatına görə, rəqib iranlı Omid Ahmadisafa olub.

Görüş Ahmadisafanın qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Rüfət Hüseynov Azərbaycanın İslamiadada mübarizəni dayandıran ilk boksçusu olub.