YAP-ın MSK-dakı müşahidəçisi müəyyənləşib

Partiya İdarə Heyətinin aprelin 28-də keçirilən toplantısında bununla bağlı qərar qəbul edilib

Partiya İdarə Heyətinin aprelin 28-də keçirilən toplantısında bununla bağlı qərar qəbul edilib

Bakı. 28 aprel. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasındakı müşahidəçisini müəyyənləşdirib.

"Report"un xəbərinə görə, partiya İdarə Heyətinin aprelin 28-də keçirilən toplantısında bununla bağlı qərar qəbul edilib. Qərara əsasən, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev YAP-ın MSK-dakı müşahidəçisi təyin olunub.

Qeyd edək ki, YAP İdarə Heyətinin qərarı ilə 90 saylı Ağdaş seçki dairəsindən YAP-ın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə AzərbaycanMilli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb. MSKhəmin seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq edib.