Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Müdafiə Nazirliyinin hərbi hissəni ziyarət ediblər

Səfər çərçivəsində qonaqlara hərbi hissə haqqında brifinq verilib, şəxsi heyət üçün yaradılan şərait və döyüş texnikası ilə tanışlıq keçirilib

Səfər çərçivəsində qonaqlara hərbi hissə haqqında brifinq verilib, şəxsi heyət üçün yaradılan şərait və döyüş texnikası ilə tanışlıq keçirilib

Bakı. 14 iyun. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Azərbaycanda akkreditə olunan xarici dövlətlərin hərbi attaşelərinin iyunun 14-də hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində qonaqlara hərbi hissə haqqında brifinq verilib, şəxsi heyət üçün yaradılan şərait və döyüş texnikası ilə tanışlıq keçirilib. 

On altı dövləti təmsil edən hərbi attaşelik aparatlarının 21 nümayəndəsi ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.