Ermənistan silahlı qüvvələri baş qərargah rəisinə 3 yeni müavin təyin edilib

Ermənistan silahlı qüvvələri baş qərargah rəisinə 3 yeni müavin təyin edilib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

Bildirilib ki, Tiran Xaçatryan baş qəraragah rəisinin müavini, əməliyyat idarəsinin rəisi, Andranik Makaryan hərbi hazırlıq üzrə baş idarənin rəisi, baş qərargah rəisinin müavini, Arakel Martikyan baş kəşfiyyat idarəsinin rəisi, baş qərargah rəisinin müavini təyin edilib.