Lionel Messi ailə həyatı qurub

Mərasim yüksək təhlükəsizlik şəraitində keçirilib

Mərasim yüksək təhlükəsizlik şəraitində keçirilib

Bakı. 1 iyul. REPORT.AZ/ Futbol üzrə Argentina milli komandasının kapitanı və "Barselona" klubunun hücumçusu Lionel Messi doğma Rosario şəhərində Antonella Rokutso ilə ailə həyatı qurub.

"Report" TASS-a istinadən xəbər verir ki, mərasim münasibəti ilə əraziyə 300 polis, eyni zamanda, özəl mühafizə firmalarının əməkdaşları cəlb olunub.

Toya 260 qonaq, o cümlədən Neymar, Pike, Puyol, İquain və Suares kimi futbol ulduzları dəvət olunub. Bundan əlavə, mərasimə Pikenin nişanlısı Şakira da qatılıb. Toya 157 yerli və xarici jurnalist akkreditə olunub.

Cütlük qonaqlara hədiyyə qismində uşaqlara yardım üçün yaradılmış Messi Fonduna ianə etməyi təklif ediblər.