Ərdoğan və Tramp Suriyada təhlükəsizlik zonasının yaradılmasını müzakirə ediblər

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi özünün "Twitter" səhifəsində məlumat yayıb.

Bildirilir ki, dövlət başçıları Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması ideyasını müzakirə ediblər. Ərdoğan həmkarına ABŞ qoşunlarının Suriyadan çıxarılması qərarında dəstəyini ifadə edib. O, həmçinin Türkiyənin Suriyaya dəstək verməyə hazır olduğunu bildirib. 

Daha əvvəl Ərdoğan Trampın Suriya ilə bağlı qərarına münasibət bildirib.