Çində bıçaqlı şəxs ətrafdakılara hücum edib, ölən və yaralananlar var

Bakı. 14 yanvar. REPORT.AZ/ Çində bıçaqla silahlanmış şəxs ətrafdakılara hücum edib.

"Report" "China News"a istinadən xəbər verir ki, hadisə Fuçjou şəhərində baş verib.

Bildirilir ki, hadisə zamanı 20 nəfər yaralanıb. Onlardan 1-i sonradan aldığı xəsarətlərdən  ölüb. Cinayəti törədən şəxs çaya tullanıb.

İlkin məlumata görə, hadisəyə məişət zəminində mübahisə səbəb ola bilər.

Daha əvvəl Çində kömür mədəninin uçması nəticəsində 19 nəfər həlak olub.