İslamiada: Azərbaycanın ağırlıqqaldırma yığmasının heyəti açıqlanıb

Yarışda 8 qadın və 8 kişi atlet çıxış edəcək

Yarışda 8 qadın və 8 kişi atlet çıxış edəcək

Bakı. 2 may. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. 

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarışda 8 qadın və 8 kişi atlet çıxış edəcək. 

Qadınların mübarizəsində Mərziyyə Məhərrəmova (48 kq), Səbinə Əzimova, Gülçin Əlizadə (hər ikisi 53 kq), Firuzə İbrahimova (58 kq), Elnurə Abbasova (63 kq), Anastasiya İbrahimli, Fidan Hüseynzadə (hər ikisi 69 kq), Xumar Məmmədova (+90 kq) çıxış edəcək. 

Kişilərin yarışına isə Elmar Alıyev (56 kq), Allahyar Abışov (62 kq), Əfqan Bayramov (77 kq), Ceyhun Tağızadə, Kamran İsmayılov (hər ikisi 85 kq), Rövşən Fətullayev, Nailxan Nəbiyev (hər ikisi 94 kq), Azər Məmmədli (+105 kq) qatılacaq.

Qeyd edək ki, ağırlıqqaldıranlar 13 - 17 mayda Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında körpücük üzərinə çıxacaqlar.