Oqtay Əsədov: “Milli Məclis Prezident İlham Əliyevin siyasətini dəstəkləmək üçün əlindən gələni edir”

Bakı. 1 fevral. REPORT.AZ/ “Əminəm ki, yaz sessiyasında Milli Məclisin qanunvericilik fəaliyyəti yüksək olacaq. Milli Məclis Prezident İlham Əliyevin yüksək səviyyədə apardığı daxili və xarici siyasətini dəstəkləmək üçün əlindən gələni edir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin 2019-cu il yaz sessiyasının ilk plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Onun sözlərinə görə, parlament bu istiqamətdə qanunverici fəaliyyətini artırıb: “Milli Məclisin əldə etdiyi uğurlar bu sessiyada da davam etdiriləcək”.