Bərdədə 20 Yanvar qurbanları yad edilib - VİDEO

Bərdə. 20 yanvar. REPORT.AZ/ Bərdə şəhərində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, anm tədbiri şəhərin “Qəhrəmanlar parkı”nda baş tutub.

Burada 3 min nəfərdən çox Bərdə sakini matəm musiqisinin sədaları altında əbədi məşəl önünə gül düzərək, şəhidlərə öz ehtiramlarını bildiriblər.

Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev geniş nitq söyləyib, dövlət müstəqilliyimizin əldə edilməsində 20 Yanvar şəhidlərinin yeri və rolundan, ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsi və bu faciəni törədən cinayətkarların dünyada tanıdılması, faciəyə hüquqi-siyasi qiymət verilməsi, bununla bağlı atdığı addımlardan, ölkə Prezidenti lham Əliyevin uğurlu daxili və xarici siyasətindən, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. Bu faciənin həm də şərəf tarixi olduğunu bildirib.

Sonda şəhər məktəblərinin 20 Yanvar faciəsinə həsr edilmiş kompozisiyası nümayiş etdirilib.

Eyni zamanda yanvar faciəsi ilə əlaqədar saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca isə avtomobillər vasitəsilə səs siqnalları verilib.