Azərbaycanın 2 boksçusu Bolqarıstanda keçirilən ənənəvi turnirdə bürünc medal qazanıb

Onlar yarımfinalda ABŞ təmsilçiləri Riçard Torres və Naomi Qremə uduzublar

Onlar yarımfinalda ABŞ təmsilçiləri Riçard Torres və Naomi Qremə uduzublar

Bakı. 19 fevral. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində Azərbaycan millisi 2 bürünc medal qazanıb. 

"Report"un məlumatına görə, həmin medallara 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev və 75 kq çəkili Aynur Rzayeva sahib olub. Onlar yarımfinalda ABŞ təmsilçiləri Riçard Torres və Naomi Qremə uduzublar. 

Qeyd edək ki, 70-ci dəfə təşkil olunmuş turnirdə 43 ölkədən 360 boksçu mübarizə aparıb.