Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin rəhbəri işdən çıxarılıb

Söhbət qaçqınlara icazəsiz olaraq yaşamaq hüququ verməkdən gedir

Söhbət qaçqınlara icazəsiz olaraq yaşamaq hüququ verməkdən gedir

Bakı. 16 iyun. REPORT.AZ/ Almaniyanın daxili işlər naziri Horst Zeyehofer ölkənin miqrasiya xidmətinin rəhbəri Yut Kordt və onun müavini Ralf Tisleri işdən çıxarıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə nazirliyə istinadən həftəlik çıxan "Spiegel Online" nəşri yazıb.

"Zeyehofer çərşənbə günü Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin (BAMF) rəhbərliyinə onları vəzifələrindən azad etməsi barədə xəbər göndərib", — deyə nəşr Almaniyanın DİN nümayəndəsinə istinadən məlumat verir.

Miqrasiya idarəsi bir neçə həftə qalmaqal mərkəzinə düşüb. Söhbət Almaniyada sığınacaq almaq üçün nəzərdə tutulan qanunverici əsaslardan asılı olmayaraq ölkəyə gələn qaçqınlara icazəsiz yaşamaq hüququnun verilməsindən gedir. Vəzifədən sui-istifadə halı hələ ki, Bremenin miqrasiya idarəsində qeydə alınıb. Prokurorluğun məlumatına görə, azı 1200 qaçqın orada əsassız olaraq sənəd alıb. Onların arasında radikal qruplarla əlaqələrinə görə Almaniyada "xüsusi təhlükəli" hesab edilən və DİN-in nəzarəti altında olan şəxslər də var.