Bakıda II Avrasiya Hüquq Qurultayı keçirilir

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakıda II Avrasiya Hüquq Qurultayı keçirilir.

"Report"un xəbərinə görə, tədbirdə ümumilikdə, 40 ölkədən 250 nümayəndə iştirak edir.

Qurultayda Azərbaycan ədliyyə nazirinin müavini Azər Cəfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət qurucuğu komitəsinin sədri Əli Hüseynli, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Türkiyə ədliyyə nazirinin müavini Yıldız Səfərinoğlu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral və başqaları çıxış ediblər.

Qurultay dekabrın 18-də başa çatacaq.