“Bank Respublika” Aqrar Kredit və İnkişaf Agentliyi ilə birgə regionlarda kredit yarmarkasına start verib

“Bank Respublika” ASC Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə birgə regionlarda fermer və sahibkarlar üçün “Daha yaxın, daha sərfəli” şüarı altında kredit yarmarkasına start verib.

Belə ki, Bank AKİA ilə olan əməkdaşlıq çərçivəsində müştərilərə daha rahat tərzdə xidmət göstərmək üçün xüsusi olaraq yaradılacaq mobil ofislər vasitəsilə region mərkəzlərində sahibkarları kredit şərtləri ilə taniş edərək onların müraciətlərinin qəbulunu aparacaq.

Qeyd edək ki, bu tip kreditlər AKİA-nın vəsaiti hesabına, illik 7%-lə, kənd təsərrüfatının inkişafı məqsədilə verilir. Damazlıq heyvan alışı üçün heyvanın dəyərinin 25%-i qədər ilkin ödəniş tələb edilir, dövlət 60% subsidiya (güzəşt) ayırır, qalan məbləği isə illik 7%-lə Bank kreditləşdirir. Sahibkarlar həmçinin 20% ilkin ödəniş etməklə, qalan 40%-i dövlətdən subsiya kimi, ondan geriyə qalan məbləği isə bankdan faizsiz kredit almaqla kənd təsərrüfatı texnikası əldə edə bilərlər.

Respublikanın müxtəlif regionlarında həyata keçiriləcək yarmarka sentyabrın 14-ə qədər davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.