Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib

O, beynəlxalq quruma rəhbərlik edəcək ilk azərbaycanlı funksioner kimi tarixə düşüb

O, beynəlxalq quruma rəhbərlik edəcək ilk azərbaycanlı funksioner kimi tarixə düşüb

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. 

"Report"un məlumatına görə, seçki bu gün UEG-in Xorvatiyanın Split şəhərindəki Baş Assambleyası çərçivəsində gerçəkləşib.

F.Qayıbov qurumun prezidenti postu uğrunda mübarizədə sloveniyalı Edvar Koları üstələyib. O, bunadək  UEG-də vitse-prezident vəzifəsində çalışıb.

Qeyd edək ki, Fərid Qayıbov beynəlxalq quruma rəhbərlik edəcək ilk azərbaycanlı funksioner kimi tarixə düşüb.