Qubada ağır yol qəzasında ölənlərin sayı 4-ə çatıb - FOTO - YENİLƏNİB-3 - VİDEO

Faktla bağlı araşdırmalara başlanılıb

Faktla bağlı araşdırmalara başlanılıb

Video əlavə olunub


*** 16:36

Quba. 10 yanvar. REPORT.AZ/ Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 4-ə çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, qəzada xəsarət alan, 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin QUba rayon şöbəsinə yerləşdirilib. 

faktl abğlı araşdırmlara başlanılıb.


*** 13:09

Quba rayonunda baş verən ağır yol nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, qəza zaanı 3 nəfər ölüb. 


Ölənlər:

Xaçmaz rayon sakinləri -

Coşqun Kamil oğlu Qasımov,

Zakir Eldəniz oğlu Abasov,

Nahid Teymur oğlu Məmmədov.


*** 12:32

Quba. 10 yanvar. REPORT.AZ/ Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 10:27

Quba. 10 yanvar. REPORT.AZ/ Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralanıb. Yaralı Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.