Əbülfəs Qarayev İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək

Qəbulda Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər

Qəbulda Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər

Bakı. 27 mart. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, nazir martın 29-da saat 11:00-da İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr., 59 ) Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra№-siŞəhər (rayon)əlaqələndirici şəxsəlaqə telefonu
1.İsmayıllı rayonuAzər Abbasov(050) 354-18-38 (02028) 5-43-04
2.Ağsu rayonuCavanşir Şeydazadə(050) 377-44-21(02022) 6-47-72
3.Qəbələ rayonuNargilə Qafarova(050) 677-84-10(02420) 5-02-99
4.Qobustan rayonuŞəhriyar Soltan(070) 202-00-37(02024) 5-00-08
5.Şamaxı rayonuRafael Tağızadə(050) 669-92-55(02026) 5-20-91