"Rothschild": 2018-ci il neft bazarı üçün sabitlik ili olacaq

Neft sektorundakı investisiya çatışmazlığı problemi özünü 2019-cu ildə biruzə verəcək

Neft sektorundakı investisiya çatışmazlığı problemi özünü 2019-cu ildə biruzə verəcək

Bakı. 20 dekabr. REPORT.AZ/ OPEC və Rusiya qiymətlərin 60 dollar/barel səviyyəsindən yuxarı həddə stabilləşməsi fonunda neft bazarındakı cari vəziyyətdən razıdır. Onlar bu sabitləşməni qorumaq üçün yaxın 12 ayda neft hasilatının azaldılması anlaşmasını davam etdirəcək. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə açıqlamanı məşhur "Rothschild" şirkətinin vitse-prezidenti Paolo Skaroni (Paolo Scaroni) verib.

Skaroni açıqlamasında bildirib ki, ABŞ-da şist neft hasilatının artmasına baxmayaraq, bu artım kəskin deyil. Dünya neft tələbinin artması, qeyri-OPEC ölkələrində neft hasilatının artmasını kompensasiya edə bilər. İtaliyanın "Eni" neft-qaz şirkətinin keçmiş icraçı direktoru olan Skaroni "neft bazarında yaranmış vəziyyət 2018-ci ildə qiymətlərin hazırkı səviyyədə stabilləşməsinə səbəb olacaq".

Skaroni həmçinin qeyd edib ki, neft sektoruna son illərdə investisiyaların azalması amili özünü 2019-cu ildə hiss etdirəcək.