Qadın boksçuların beynəlxalq yarışlarda hicabdan istifadəsinə icazə verilib

Bakı. 13 fevral. REPORT.AZ/ Qadın boksçuların beynəlxalq yarışlarda hicabdan istifadəsinə icazə verilib.

“Report”un məlumatın görə, bu barədə qərar Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) Türkiyənin İstanbul şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Qeyd edək ki, voleybol, basketbol və qılıncoynatma kimi idman növlərində də hicabdan istifadəyə icazə var.