Qurban Qurbanov "Qəbələ" - "Proqres" matçını izləyir

Qəbələ. 12 iyul. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələn "Qəbələ" və Lüksemburqun "Proqres" klublarının matçını izləyənlər arasında Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov da var.

"Report"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, 46 yaşlı mütəxəssis tribunada əyləşib.

Qeyd edək ki, "Qəbələ" - "Proqres" matçında ilk hissə oynanılır və hesab açılmayıb.