Kosta-Rika prezidenti müsahibə zamanı arını udub - VİDEO

Onun bu hərəkəti təəccüblə və təbəssümlə qarşılanıb

Onun bu hərəkəti təəccüblə və təbəssümlə qarşılanıb

Bakı. 18 iyun. REPORT.AZ/ Kosta-Rika prezidenti Luis Gilyermo Solis jurnalistlərlə söhbət zamanı arını udub.

"Report"un məlumatına görə, bu barədə "ABC 6" telekanalı xəbər yayıb.

Solis ölkənin cənub hissəsində beton zavodunun açılması barədə danışarkən həşərat ona tərəf qalxıb. Prezident özünü itirməyərək onu udub.

"Mən onu yedim. Arını yedim. Hər gün bir cür olur. Təmiz zülal" – deyə Kosta-Rikanın başçısı zarafatla bildirib. Onun bu hərəkəti təəccüblə və təbəssümlə qarşılanıb.