​Kolumbiya üsyançıları "Dünya gözəli"ni danışıqlarda vasitəçi olmağa dəvət ediblər

Paulina Veqa özü belə bir ehtimalın olduğunu xatırladıb

Paulina Veqa özü belə bir ehtimalın olduğunu xatırladıb

Bakı. 8 fevral. REPORT.AZ/ Kolumbiyanın FARK (Kolumbiya İnqilabi Silahlı Qüvvələri) qruplaşmasının üsyançıları 2014-cü ildə "Kainat gözəli" olmuş Paulina Veqanı hökumət ilə danışıqlarda vasitəçi olmağa dəvət ediblər.

"Report" "BBC News"a istinadən xəbər verir ki, FARK-ın saytında dərc olunan bəyanatda kolumbiyalı Veqanın dünya gözəli tacı uğrunda mübarizə apardığı zaman özünün belə bir ehtimal ilə çıxış etdiyi qeyd olunur.

Paulina hələ ki, üsyançıların təklifinə cavab verməyib. FARK-ın bəyanatında isə dünya gözəlinin danışıqlarda məhz nə ilə köməklik göstərə biləcəyi bildirilmir.

Qeyd edək ki, FARK üsyançıları 50 ildən artıqdır hökumətə qarşı partizan müharibəsi aparırlar.