Ağcabədidə bəy qız evinə traktor karvanı ilə gedib - FOTO

Karvanda ümumilikdə 10 ədəd bəzəkli "Belarus" traktoru olub

Karvanda ümumilikdə 10 ədəd bəzəkli

Ağcabədi. 3 dekabr. REPORT.AZ/ Ağcabədi rayonunun Poladlı kəndində keçirilən toy mərasimi zamanı bəy qız evinə traktor karvanı ilə gedib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, 10 ədəd bəzədilmiş "Belarus" markalı traktor toy karvanına bəyin xəbəri olmadan qoşulub.

Dostları toyu olan Rabil Əliyevi bu şəkildə təəccübləndirmək istəyiblər. Artıq ənənyə çevrilməyə başlayan bu tip toy karvanı ətrafdakıların da marağına səbəb olub.