Xaçmazda fərdi yaşayış evindəki yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Xaçmaz rayonunun Hacıəlibəy kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində aynabəndin və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


***21:16

Xaçmazda fərdi yaşayış evində yanğın başlayıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun Hacıəlibəy kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün Xaçmaz Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. Yanğının elektrik enerjisinin qəflətən azalıb çoxalması səbəbindən baş verdiyi bildirilib.