Sambo Beynəlxalq Olimpiya Komitəsi tərəfindən müvəqqəti tanınıb

Qərar IOC-un iclasında qəbul olunub

Qərar IOC-un iclasında qəbul olunub

Bakı. 30 noyabr. REPORT.AZ/ Sambo idman növü Beynəlxaql Olimpiya Komitəsi (IOC) tərəfindən müvəqqəti tanınıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a Beynəlxalq Sambo Federasiyasının (FİAS) mətbuat xidmətindən məlumat verilib. Qərar İOC-un Yapiniyanın paytaxtı Tokiodakı iclasında qəbul olunub. 

FIAS-ın prezidenti Vasili Şestakov qərarla bağlı fikirlərini bölüşüb: "Bü gün bütün dünyada bütün samboçuların xəyalı reallaşdı. Bu, uzun zamandır gözlənilər bir xəbər idi. Bütün sambo ailəsinə yeni il hədiyyəsi oldu. Bu idman növünün iki həftə 80 illik yubileyidir".

Qeyd edək ki, IOC tərəfindən tanınması gələcəkdə sambonun olimpiya proqramına daxil olmasına, habelə, ali olimpiya qurumundan hər il maliyyə almasına imkan verəcək. Olimpiya ailəsinə daxil olmaq istəyi ilk dəfə 2009-cu ildə elan olunub.