Şəmkirdə qadın piyadanı avtomobil vurub

Şəmkir rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Yeni Həyat kənd ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil qadın piyadanı avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.