Rusiya Bankı bu il üçün inflyasiya proqnozunu açıqlayıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu il ölkədə inflyasiyanın 5-5,5% səviyyəsində olacağını proqnozlaşdırır.

“Report” bu barədə nəzarət orqanına istinadən xəbər verir. 

Qeyd edək ki, Rusiya Federal Statistika Xidmətinin məlumatına görə, ötən il qonşu ölkədə orta illik inflyasiya 2 dəfə artaraq 2,5%-dən 4,3%-ə yüksəlib.