16 saylı cəzaçəkmə müəssisəsində səsvermə davam edir

Bakı. 11 aprel. REPORT.AZ/ Prezident seçiləri ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan 16 saylı cəzaçəkmə müəssisəsində yaradılmış 32 saylı Suraxanı III seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə keçirilir.

Məntəqə sədri Səbuhi Əliyev "Report"a bildirib ki, saat 13:00-dək 300-dən çox şəxs səs verib: "Məntəqədə səsvermə hüququna malik 833 nəfər qeydiyyatdadır. Onlardan 778-i məhkum, 55-i isə həqiqi hərbi xidmətdə olan əsgərlərdir. Seçki tam şəffaf şəkildə davam edir. Hazırda 300 nəfərdən çox şəxs səsvermə hüququndan istifadə edib".

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 14 Seçki Dairəsi üzrə 26 seçki məntəqəsi fəaliyyət göstərir.