Hidayət Heydərov: "Hədəfim dünya çempionluğudur"

"Ümid edirəm ki, Rüstəm Orucovla birgə Budapeşt və Bakıda keçiriləcək dünya çempionatlarında iştirak edəcəyik"

Bakı. 13 may. REPORT.AZ/ "Növbəti hədəfin Budapeştdə və bakıda keçiriləcək dünya çempionatında qələbədir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 73 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib. H.Heydərovu dünya çempionatına maksimum səylə hazırlaşdığını bildirib: "Ümid edirəm ki, finalda udduğum Rüstəm Orucovla birgə Budapeştdə və Bakıdakı çempionatda iştirak edərik".