APOEL-in hücumçusu: "Qarabağ"la oyundan qələbədən sonra hər şey öz əlimizdədir"

“Bizim üçün çox yaxşı qələbədir. Bu qalibiyyətdən sonra irəli baxa bilirik. Hər şey özümüzdən asılıdır”.

“Report” xəbər verir ki, bunu Kiprin APOEL komandasının futbolçusu Musa əl-Tamari UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

22 yaşlı iordaniyalı forvard qrupdan çıxmaq baxımından önəmli nəticəyə imza atdıqlarını vurğulayıb: “Çox çətin matç olsa da, bacardıq. Bu qələbə qrupdakı vəziyyətimizi yaxşılaşdırdı. Növbəti mərhələyə adlamaq üçün məhsuldarlığımızı daha da artırmalıyıq. Bundan ötrü çox çalışmalıyıq”.

Qeyd edək ki, 12 xalla A qrupunun lideri olan İspaniyanın “Sevilya” komandası 1/16 finala vəsiqəni erkən təmin edib. APOEL və “Qarabağ” 4 xalla növbəti iki pilləni bölüşürlər. Son sıradakı Lüksemburq “Düdelanj”ının 3 xalı var.

“Qarabağ” noyabrın 28-də “Sevilya”nın qonağı olacaq. Dekabrın 12-də isə “Düdelanj”ı qəbul edəcək.