Azərbaycandan Gürcüstana turist axını artıb

Ötən ay Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayında artım qeydə alınıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə TBC Bankın “TBC Research” bölməsinin araşdırmasında bildirilib.

Avqust ayının 19-dan 26-dək Azərbaycandan qonşu ölkəyə yollanan ziyarətçilərin sayı illik müqayisədə 6 300 nəfər artıb.

Avqustun 26-dan 31-dək isə azərbaycanlı turistlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 7 200 nəfər artım olub.

Araşdırma Gürcüstan Daxili İşlər Nazirliyinin göstəriciləri əsasında hazırlanıb.

Sənəddə qeyd olunub ki, avqust ayı ərzində Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin sayı barədə ətraflı göstəriciləri ölkənin Milli Turizm Administrasiyası yaxın günlərdə açıqlayacaq.

Qeyd edək ki, ötən ilin avqustunda Gürcüstan Azərbaycandan 200 454 ziyarətçi qəbul edib.