Hondurasda qonşuların mübahisəsinə səbəb olmuş xoruz həbs edilib - FOTO

Hadisə yerinə gələn asayiş keşikçiləri mübahisəçiləri həbs etməyiblər

Hadisə yerinə gələn asayiş keşikçiləri mübahisəçiləri həbs etməyiblər

Bakı. 29 yanvar. REPORT.AZ/ Hondurasın Truxilyo şəhərində maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, bu barədə "Daily Mail" nəşri xəbər verib.

Məlumata görə, şəhərdə qonşuların mübahisəsinə səbəb olmuş xoruz həbsxanaya salınıb. Münaqişə sakinlərdən birinin həyətyanı sahəsində ev quşunu görməsindən sonra başlayıb. Xoruzun ağaclara dırmaşması və səs salması onun xoşuna gəlməyib.

Onun bu iddiaları isə xoruzun sahibini qəzəbləndirib və qonşular bir-birlərinə söyüş söyməyə başlayıblar. Onlardan biri digərini öldürməklə hədələyib. Bu səbəbdən də qonşular polis çağırıblar.

Hadisə yerinə gələn asayiş keşikçiləri mübahisəçiləri həbs etməyiblər. Onlar xoruzu tutublar və həbsxanaya aparıblar. Polis əməkdaşları qonşular barışacağı təqdirdə, xoruzu qaytaracaqlarına söz veriblər.