​Azərbaycan velosipedçisi olimpiadada finala çıxa bilməyib

Olqa İsmayılova sabah sprint növündə mübarizəni davam etdirəcək

Olqa İsmayılova sabah sprint növündə mübarizəni davam etdirəcək

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın velosipedçi Olqa İsmayılova bu gün keyrin növündə çıxış edib.

"Report"un məlumatına görə, 31 yaşlı idmançı əvvəlcə seçmə mərhələdə mübarizə aparıb.

O, öz yarımqrupunda 7 iştirakçı arasında 4-cü yeri tutub. Bu nəticə ilə İsmayılova təsəlliverici yürüşə vəsiqə qazanıb. Lakin həmin mərhələdə azərbaycanlı velosipedçi 4 iştirakçı arasında sonuncu olub. Nəticədə təcrübəli idmançı ikinci mərhələyə yüksələ bilməyib və mübarizəni dayandırıb.

Qeyd edək ki, Olqa İsmayılova sabah velosiped idmanının sprint növündə də mübarizə aparacaq.