Kürdəmirdə "KaMAZ" "Qazel"ə çırpılıb, xəsarət alan var - FOTO

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini, 65 yaşlı Babaşov Bayandur Mətləb oğlu "Qazel" markalı, "30-BH-091" dövlət seriya nişanlı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən "KaMAZ" markalı avtomobil arxadan onun idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə B.Babaşov müxtəlif növ bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.