Venesuelanın keçmiş baş prokuroru İnterpolu ölkə prezidenti barədə axtarış elan etməyə çağırıb

Bakı. 1 mart. REPORT.AZ/ Venesuelanın keçmiş baş prokuroru Luis Orteqa Dias İnterpola müraciət edərək ölkə başçısı Nikolas Maduronun həbsinə order verməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə "El Nacional" xəbər verib.

Xəbərdə bildirilir ki, keçmiş baş prokuror İnterpoldan prezident Maduronun Amerika Sammitinə, yaxud başqa yerə gedəcəyi təqdirdə təyyarədə yaxalamağı və həbs etməyi xahiş edib.

Daha əvvəl Venesuelanın Xarici İşlər Nazirliyi bildirib ki, prezident Maduro Peruda keçiriləcək Amerika Sammitinə gedəcək. Qeyd edək ki, Peru Venesuela prezidentinə göndərilən dəvəti ləğv edib.