Taksilərin müəyyən edilmiş duracaq yerlərindən kənar yerlərdə durması qadağan edilib

Qaydanı pozanlar 40 manatdan 50 manata qədər cərimə ödəməli olacaqlar

Qaydanı pozanlar 40 manatdan 50 manata qədər cərimə ödəməli olacaqlar

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanda taksi fəaliyyəti ilə bağlı yeni qadağa tətbiq ediləcək.

“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.

Məcəlləyə edilən əlavəyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağan edilir. Bu qaydanı pozanlar 40 manatdan 50 manata qədər cərimə ödəməli olacaqlar.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.