Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədrinin oğlu şirkət yaradıb

Vergilər Nazirliyi "Skypark" Mənzil-Tikinti Kooperativini dövlət qeydiyyatına alıb. 

"Report" Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 20, mənzil 22/23, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Elnur Nazim oğlu İbrahimovdur. 

Söhbət Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədrinin oğlundan gedir.