ABŞ-da yanğınsöndürən üçüncü mərtəbədən yerə atılan uşağı tutub - VİDEO

"Biz uşaqları, sözün hərfi mənasında, futbol topu kimi tuturduq"

Bakı. 16 yanvar. REPORT.AZ/ ABŞ-ın Corciya ştatının Atlanta dairəsində baş verən yanğın zamanı xilasedicilərdən biri üçüncü mərtəbədən yerə atılan qız uşağını tutub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "The Independent" nəşri yazıb.

Hadisə yanvar ayının əvvəllərində baş verib. Qızını alovdan xilas etmək istəyən ata, onu yanğınsöndürən Skott Stroupun qucağına atıb. Yanğın zamanı ümumilikdə 12 nəfər, o cümlədən 8 yetkinlik yaşına çatmayan şəxs təxliyyə edilib.

"Biz uşaqları, sözün hərfi mənasında, futbol topu kimi tuturduq", — deyə briqada kapitanı nəşrə bildirib.

Yanğınsöndürənlərin tutduğu uşaqlar zərər çəkməyiblər. Qızın atası II dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.