Azərbaycan Dünya Çimərlik Oyunlarında daha bir medal qazanıb

Azərbaycan milli komandası Qətərdə keçirilən I Dünya Çimərlik Oyunlarında daha bir medal qazanıb.

“Report” xəbər verir ki, triatlonun akvatlon (üzmə, velosiped sürmə və qaçışdan ibarət multi-idman) növü üzrə qarışıq komanda yarışında Rostislav Pevtsov və Kseniya Levskovskayadan ibarət cütlük gümüş medal əldə edib. Onlar 1 saat 3,55 dəqiqə göstərici ilə ikinci olublar. İspaniya (1.03:43) qızıl, Macarıstan isə (1.04:31) bürünc medal götürüb.

Qeyd edək ki, bunadək triatlonun akvatlon (üzmə, velosiped sürmə və qaçışdan ibarət multi-idman) növü üzrə fərdi yarışlarda Levskovskaya gümüş, Pevtsov isə bürünc medal qazanıb. Həmçinin Pənah İlyaslı (70 kq) çimərlik güləşində ikinci yeri tutub.