Dubay küçələrində polisləri robot patrullar əvəz edəcək - VİDEO

Robomobil şübhəli predmetləri, qayda pozucularını, avtomobillərin nömrələrini, sahibsiz əşyaları qeyd etməyə qadirdir

Robomobil şübhəli predmetləri, qayda pozucularını, avtomobillərin nömrələrini, sahibsiz əşyaları qeyd etməyə qadirdir

Bakı. 1 iyul. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri sayılan Dubayın polisi bu ilin sonunda şəhərin küçələrinə robot patrullar: robomobillər – "O-R3"-lər buraxmaq niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə "The Verge" nəşri yazıb.

Təkərli robot O-R3 kamerayla, məsafədən ötürücülərlə, teplovizirlə və digər avadanlıqlarla təchiz olunub. Robomobil yüksək keyfiyyətli texnologiya ilə təchiz edilməsi sayəsində öz yolundakı maneələri müəyyən etməyə qadirdir.

O, habelə şübhəli predmetləri, qayda pozucularını, avtomobillərin nömrələrini, sahibsiz əşyaları qeyd etməyə və piyadaları müəyyən etməyə qadirdir.

Ehtimal edilir ki,O-R3 xüsusi rejimdə işləyərək avtomobilləri və insanları qeydə almaqla şəhərin küçələrində hərəkət edəcək. "Polis" həm də pilotsuz aparatla təmin olunacaq.

"Biz bu texnologiyaların köməyi ilə əməliyyatların miqyasını artırmağa çalışırıq. Əslində biz küçələrin hətta ağır polis patrulu olmadan, təhlükəsiz və dinc olmasına çalışırıq", - deyə Dubay polisinin komandanı, general-mayor Abdulla Xəlifə Əl-Marri vurğulayıb.