Gürcüstanda iki Azərbaycan vətəndaşı qızıl qaçaqmalçılığına görə saxlanılıb

Onlar 5 ildən 7 ilə qədər azadlıqdan məhrum edilə bilər

Onlar 5 ildən 7 ilə qədər azadlıqdan məhrum edilə bilər

Bakı. 17 iyun. REPORT.AZ/ Gürcüstanın hüquq-mühafizə orqanlarıı gömrük nəzarətindən yayınmaqla 1,3 kq qızıl-zinət əşyalarını ölkəyə keçirmək ittihamı ilə iki Azərbaycan vətəndaşını saxlayıb.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidmətindən bildirilib. 

İstintaq təqsirləndirilən şəxslərin "Qırmızı körpü" gömrük məntəqəsindən keçməklə ölkəyə qanunsuz qızıl gətirdiklərini iddia edir. Qaçaq malların gömrük dəyəri 676 min laridən (281 min dollardan) çoxdur. 

Bununla əlaqədr  "Gürcüstan gömrük sərhədindən külli miqdarda malın hərəkəti ilə əlaqədar qaydaların pozulması" maddəsi ilə cinayət işi açılıb. Azərbaycan vətəndaşlarına qarşı irəli sürülmüş ittihamlar təsdiqlənərsə onları 5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.