Azərbaycan millisinin Gümüş Avropa Liqası üçün yekun heyəti açıqlanıb

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının Gümüş Avropa Liqası üçün yekun heyəti müəyyənləşib.  

Federasiyadan "Report"a verilən məlumata görə, Danimarka, Gürcüstan və Rumıniya ilə B qrupunda yer alan komandanın heyətinə 14 voleybolçu çağırılıb.  

Bunlar Fərid Cəlalov, Tural Həsənli, Cavid Süleymanov, Aqil Ağazadə, Vadim Kutukov, Elmin Alışanov, Emil Abdullayev, Pərviz Səmədov, Asif Əliyev, Dmitri Obodnikov, Dmitri Baranov, Rəsul İbrahimov, Andrey Vasilenko və Kənan Allahverdiyevdir. 

Komandanın baş məşqçisi Fərid Cəlalova Dilqəm Qəhrəmanov və Cəlil Cəlilov kömək edəcək. Yığmanın meneceri isə İlqar İmanquliyev olacaq. 

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununu mayın 25-də Bakıda Rumıniyaya qarşı keçirəcək. Növbəti görüş isə 4 gün sonra səfərdə Gürcüstanla olacaq. Kollektiv iyunun 2-də səfərdə Danimarka, 8-də Rumıniya, iyunun 12-də Bakıda Gürcüstan, 15-də isə Danimarka ilə üz-üzə gələcək.