Azərbaycan Prezidenti Artur Rasi-zadəni “Şöhrət” ordeni ilə təltif edib

Baş nazir bu ordenə Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə layiq görülüb

Baş nazir bu ordenə Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə layiq görülüb

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Artur Rasi-zadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə Artur Tahir oğlu Rasi-zadə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah - fevralın 26-da A.Rasizadənin 80 yaşı tamam olur.