Azərbaycanda tanınmış sığorta şirkəti bankı məhkəməyə verib

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır

Bakı. 6 yanvar. REPORT.AZ/ “Atasığorta” ASC “Muğanbank” ASC-ni məhkəməyə verib.

"Report"un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən sığorta şirkəti pul vəsaitinin cavabdehdən tutulması barədə tələb irəli sürüb.

Məhkəmə iddianın təmin tədbiri barədə iddiaçının ərizəsini təmin edərək qərardad çıxarıb.

Qərardaddan narazı qalan bank apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.